Əliyar Ağayev UEFA bayrağı altında keçirilən daha bir oyunu idarə edib. Fanat.az хəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının "Zenit" (Rusiya) - "Olimpik" (Lion, Fransa) matçında fit çalıb.
Oyun Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev "Zenit"in bir, "Olimpik"in üç futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyar Ağayevə Mübariz Haşımovla Knyaz Əmiraslanov yardımçı olub. Dördüncü hakim funksiyasını rusiyalı Kirill Levnikov yerinə yetirib.
Fanat.az