Əliyar Ağayev "Şaxtyor"un qapısına penalti təyin etdi

Əliyar Ağayev "Şaxtyor"un qapısına penalti təyin etdi
Azərbaycanlı hakimlər Avropa Liqasında daha bir oyun idarə edib. Fanat.az xəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası "Şaxtyor" (Qazaxıstan) - "Hayduk" (Xorvatiya) matçında ədaləti qoruyub.
FIFA referimizin 6 qol qeydə aldığı oyunda meydan sahibləri 4:2 hesablı qələbə qazanıb. Ağayev 78-ci dəqiqədə "Şaxtyor"un qapısına penalti təyin edib. Topa yaxınlaşan Mijo Çaktaş dəqiq zərdə ilə hesabı 3:2-yə çatdırıb. 
Referi 5 sarı vərəqə göstərib. O, ancaq meydan sahiblərinin oyunçularını cəzalandırıb.
Qeyd edək ki, Ağayevə Zeynal Zeynalovla Namiq Hüseynov yardım edib. Matçın dördüncü hakimi Anar Salmanov olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər