"Açığı, bundan mən də təzə xəbər tutmuşam. Səhər işə gəldim və belə bir xəbər aldım. Bir növ səhər sürprizi oldu". Fanat.az xəbər verir ki, bu sözləri futbol11.az saytına açıqlamasında UEFA-nın 2013/14 mövsümünün ikinci yarısı üçün hakimlərin ikinci kateqoriyasına daxil edilən Əliyar Ağayev deyb.
Ağayev məsuliyyətinin daha da artdığını bildirib: "Sevindirici haldı. Sevinməklə yanaşı, məsuliyyətim də xeyli artıb. UEFA kateqoriyanı hansı kriteriyalara əsaslanıb verdiyini də açıqlayıb. Burada əsas meyar kimi beynəlxalq oyunlar göstərilib. Mən başa çatmaqda olan ildə 8 beynəlxalq oyun idarə etmişəm. Amma sözsüz ki, bu, son hədd deyil. Arzularıma çatmaq üçün atılan ilk mühim addımlardandı. Çalışacağam ki, qarşıdakı turnirlərdə də yaxşı idarəçilik edim".
Fanat.az