Əliyar Ağayev daha bir beynəlxalq oyun idarə edib. Fanat.az xəbər verir ki, FİFA referisi UEFA Gənclər Liqasının ÇSKA (Moskva, Rusiya) - “Bavariya” (Almaniya) qarşılaşmasında ədaləti qoruyub.
Oyun Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağayev iki penalti təyin edib. 2-ci dəqiqədə ÇSKA bundan yararlanaraq hesabı açıb. 79-cu dəqiqədə isə "Bavariya" penaltidən qələbə qolunu vurub. Penaltilərlə yanaşı, FİFA referisi 7 sarı vərəqə göstərib. Bunlardan 3-ü ÇSKA-nın, 4-ü "Bavariya"nın payına düşüb.
Qeyd edək ki, bu matçda Ağayevə Zeynal Zeynalovla Mehman Mahmudov kömək edib.
Fanat.az