Əliyar Ağayev qovdu, meydan sahibləri uduzdu - VİDEO

Əliyar Ağayev qovdu, meydan sahibləri uduzdu - VİDEO
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununda iş başında olub.
 
Fanat.Az xəbər verir ki, Rumıniya "Styaua”sının Çexiya "Slovan”ını (Liberets) qəbul etdiyi matçda həmyerlimiz fit çalıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsiylə bitib. Xeyli futbolçusu koronavirusa yoluxduğu üçün meydana zəif heyətlə çıxmış "Styaua” mübarizəni dayandırmalı olub. "Slovan” isə pley-offa yüksəlib.
 
Ağayev qarşılaşmanın 20-ci dəqiqəsində meydan sahiblərinin bir futbolçusunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, "Styaua”dan iki, "Slovan”dan üç futbolçuya da sarı vərəqə göstərib.
 
Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli yardım edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər