"Birinci kateqoriyalı hakimlər siyahısına keçə bilməməyimin səbəbi özümə də maraqlıdır".Bunu "Report"a açıqlamasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib. UEFA Hakimlər Komitəsinin 2017-2018 mövsümü üçün açıqladığı siyahıda ikinci kateqoriyalı referilər siyahısında qalan Ə.Ağayev bildirib ki, birinci kateqoriyaya irəliləyəcəyini gözləyirdi: "Fevralda İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi təlim-məşq toplanışında yüksək səviyyədə iştirak etmiş və normativlərdən də uğurla keçmişdim. Həm də təyinat aldığım oyunlardan yüksək qiymətlər almışdım. Gözləyirdim ki, yeni mövsümdən birinci kateqoriyalı referilər siyahısında olacağam. Amma siyahı ilə tanış olduqda 4 nəfərin birinci kateqoriyaya keçdiyini, 2 nəfərin isə elitdən birinci kateqoriyaya endiyini gördüm. Adımın yenə ikinci kateqoriyalılar siyahısında qalmasına səbəb tapa bilmirəm".AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun hazırda Bakıda olmadığını deyən Ağayev məsələyə yaxın müddətdə aydınlıq gələcəyinə ümid etdiyini bildirib.Qeyd edək ki, Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyi hələ 2016-cı ilin sonlarında gözlənilirdi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov UEFA Hakimlər Komitəsinin Azərbaycan üzrə kuratoru Nikolay Levnikova istinadən demişdi. Lakin qışda da siyahıda dəyişiklik baş verməyincə, Məmmədov iyunda irəliləyişin mütləq gerçəkləşəcəyini açıqlamışdı.Fanat.Az
Əliyar Ağayev niyə 1-ci kateqoriyaya keçə bilmədi?
TREND
Azərbaycan futbolu
09:42
17.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Digər
13:09
17.10.2026
Bakıda sumo üzrə dünya çempionatı başlayır
Digər
12:43
17.10.2026
Azərbaycan millisi AÇ-də 3-cü oldu
Digər
19:46
16.10.2026
AMADA-nın İcraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu