Əliyar Ağayev Latviyada dramatik oyuna şahid oldu

Əliyar Ağayev Latviyada dramatik oyuna şahid oldu

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ötən gecə növbəti avrokubok oyununu idarə edib.

Fanat.Az xəbər verir ki, o, Latviyanın paytaxtı Riqada - "Skonto Stadium"da meydan sahibi RFŞ ilə Şimali İrlandiya "Linfild"i arasında Konfrans Liqasının pley-off matçında iş başında olub.

Təmsilçimiz 4 qola şahid olub və 4 sarı vərəqədən istifadə edib. Ümumiyyətlə, oyun dramatik keçib. Qonaq komanda matçın 88-ci dəqiqəsinə kimi hesabda 2:0 öndə olub. Ancaq təslim olmayan RFŞ əsas vaxtın sonuna az qalmış, eləcə də Ağayevin matça artırdığı 5-ci dəqiqədə qol vuraraq məğlubiyyətdən qurtulub - 2:2. 

FİFA referisi meydan sahiblərinin 1, qonaqların 3 futbolçusunu cəzalandırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər