Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı FIFA referisi Çempionlar Liqasının III təsnifat mərhələsində LASK (Avstriya) - "Bazel" (İsveçrə) görüşündə ədalət qoruyub.
Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri oyunda Ağayev hər iki komandadan bir oyunçuya sarı vərəqə göstərib. LASK iki oyunu nəticəsinə görə (2:1, 3:1) pley-offa yüksəlib.
Qeyd edək ki, Əliyar Ağayevə bu oyunda Zeynal Zeynalov və Akif Əmrəli yardımçı olub. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.
Fanat.Az