Əliyar Ağayev ÇL-in qrup oyununu idarə etdi - Emre Cana "sarı" verdi

Əliyar Ağayev ÇL-in qrup oyununu idarə etdi - Emre Cana "sarı" verdi

Hazırda Azərbaycan futbol hakimliyində ilk yaşanıb. FİFA referimiz Əliyar Ağayev Çempionlar Liqasının qrup oyununu idarə edib. O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) matçında baş hakim olub. 

Fanat.Az xəbər verir ki, oyuna marağı nəzərə alan "CBC Sport" kanalı Əliyarın idarə etdiyi qarşılaşmanı canlı yayımlayıb.

Əliyar 23-cü dəqiqədə "arılar"ın futbolçusu Torqan Hazarın , 41-ci dəqiqədə isə Haraldssonun cavab qolunu qeydə alıb. Referi komandaların hərəsinə iki "sarı" göstərib. Onlardan biri də 84-cü dəqiqədə xəbərdarlıq alan türk əsilli almaniyalı - Emre Can olub.

2013-cü ildən FİFA referisi olan 35 yaşlı ədalət təmsilçisinə tarixi görüşdə digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər