Əliyar Ağayev İtaliya yığmasının üzvünü qovdu

Əliyar Ağayev İtaliya yığmasının üzvünü qovdu
Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib. Fanat.az хəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi briqada İtaliya və İrlandiyanın U-21 yığmaları arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda ədaləti qoruyub.
Oyun İtaliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 66-cı dəqiqədə Vittorio Paricininin qonlunu qeydə alan FIFA referisi 70-ci dəqiqədə İtaliyadan Federiko Bernardeşçini meydandan qovub. Əliyar Ağayev İtaliyadan 3, İrlandiyadan 1 futbolçuya sarı vərəqə verib.
Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla Rza Məmmədov yardımçı olub. Dördüncü hakim funksiyasını Orхan Məmmədov yerinə yetirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər