Əliyar Ağayev İtaliya - Avstriya matçını idarə edəcək

Əliyar Ağayev İtaliya - Avstriya matçını idarə edəcək

Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, Əliyar Ağayev turnirdə daha bir təyinat alıb.

Azərbaycanlı referi İtaliya - Avstriya görüşünü idarə edəcək. A qrupu çərçivəsində baş tuatacaq matçda Ağayevə norveçli Geir İsaksen və sloveniyalı Manuel Vidali yardım edəcək. Dördüncü hakim ukraynalı Anatoli Jabçenko olacaq.

Qeyd edək ki, Ağayev Avropa çempionatındakı ilk təyinatını Xorvatiya - Hollandiya oyununa (1:3) almışdı. Həmin görüşdə FIFA referimiz dördüncü hakim funksiyasını yerinə yetirmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər