Maltada keçirilən 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının qrup mərhələsi davam edir. Fanat.az xəbər verir ki, turnirə qatılan Əliyar Ağayev növbəti təyinatını alıb.
FIFA referimiz 3-cü turun İsveçrə - Şotlandiya matçını idarə edəcək. Qarşılaşma sabah Paoladakı "Hibernians Ground" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, Ağayev Avropa çempionatında ilk təyinatını Malta - İngiltərə (0:3) oyununa almışdı. O, bu matçda dördüncü hakim olmuşdu. Ardınca isə FIFA referimiz Malta - Hollandiya (2:5) qarşılaşmasını idarə etmişdi.
Fanat.az