19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsi çərçivəsində 2-ci qrupun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, azərbaycanlı hakim Əliyar Ağayev son turun İrlandiya - Slovakiya oyununu idarə edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Ağayev bu oyunda kifayət qədər sərt idarəçiliyi ilə diqqət çəkib. O, 11 sarı, 4 qırmızı vərəqə göstrib. 3 sarı, 1 qırmızı vərəqə irlandiyalılara qismət olub. 8 sarı, 3 qırmızı vərəqə isə slovakiyalıların payına düşüb. Referi İrlandiyadan Kevin Toneri, Slovakiyadan isə Andrey Kadlek, Laslo Benes və Miçal Sipakı meydandan qovub. Ağayevin 77-ci dəqiqədə irlandların leyhinə təyin etdiyi penaltini Rayan Manninq dəqiq yerinə yetirib.
Qeyd edək ki, bu oyunda Ağayevə Zeynal Zeynalovla alman Eduard Beitinger kömək edib. Matçın dördüncü hakimi isə Martin Petersen olub.
Fanat.az