Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatına start veriləcək. Fanat.az xəbər verir ki, Maltada keçirilən yarışın oyunlarını idarə edəcək hakimlər arasında Əliyar Ağayev də var.
FIFA referimiz artıq ilk təyinatını alıb. Ağayev Malta - İngiltərə oyununla ədaləti qoruyacaq hakimlər arasında olacaq. Belə ki, o, matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.
Bakı vaxtı ilə saat 21.00-da başlayacaq görüş Ta-Qalidəki Milli stadionda keçiriləcək. Matçın baş hakimi latviyalı Aleksandr Anufriyev olacaq. Ona gürcü David Çiqoqidze və sloveniyalı Yure Praprotnik yardım edəcək. Hakimlərin işinə isə yunan inspektor Kiros Vassaros qiymət verəcək.
Fanat.az