19 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsi başa çatıb. Fanat.az xəbər verir ki, turnirdə iştirak edən azərbaycanlı hakim Əliyar Ağayev son turda növbəti oyununu idarə edib.
FIFA referimiz bu dəfə B qrupunda baş tutan İngiltərə - Xorvatiya matçında ədaləti qoruyub. Britaniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatan matçda Əliyar Ağayev Xorvatiyanın futbolçularından Luka İvanişets və Vinko Soldonu sarı vərəqə ilə cəzalandırıb.
Fanat.az