Əliyar Ağayev 17 yaşadək futbolçular arasında Avropa çempionatında ilk oyununu idarə edib. Fanat.az xəbər verir ki, FIFA referimiz meydan sahibi Malta ilə Hollandiya arasındakı matçda ədaləti qoruyub.
Matç hollandların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağayev matçda cəmi bir dəfə sarı vərəqədən istifadə edib. O, 64-cü dəqiqədə Malta yığmasından Aidan Friqqyerini cəzalandırıb.
Qeyd edək ki, Əliyar Ağayev Avropa çemppionatının ilk turunda Malta - İngiltərə oyununda dördüncü hakim olub.
Fanat.az