Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

Fanat.Az "Yellowradio.gr" saytına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçında ədaləti qoruyacaq.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər