Əliyar Ağayev ermənini cəzalandırdı

Əliyar Ağayev ermənini cəzalandırdı

Əliyar Ağayev beynəlxalq arenada daha bir oyun idarə edib. Fanat.Az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının 1/4 final mərhələsiqnin ÇSKA (Rusiya) - “Benfika” (Portuqaliya) matçında ədaləti qoruyub.

 

Moskvada keçirilən qarşılaşma 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Əliyar Ağayev meydan sahiblərindən 3, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib.

Bunların arasında ÇSKA-nın milliyətcə erməni futbolçusu Nayair Tiknizyan da olub. O, referinin qərarına etiraz edib, topu yerə çırpdığı üçün Ağayev tərəfindən sarı vərəqəyə layiq görülüb.

 

Qeyd edək ki, Əliyar Ağayevin köməkçiləri Rza Məmmədovla Akif Əmirəli olub. Matçın dördüncü hakimi funksiyasını Aleksandra Ponomaryova yerinə yetirib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər