Əliyar Ağayev "Dinamo"nun oyununda: 4 "sarı" göstərdi

Əliyar Ağayev "Dinamo"nun oyununda: 4 "sarı" göstərdi
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Kiyev "Dinamo"sunun "Luqano" ilə keçirdiyi oyunu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. 
Fanat.Az xəbər verir ki, Ukraynada baş tutan qarşılaşma qollu bərabərliklə nəticələnib. İsveçrə təmsilçisi 45-ci dəqiqədə hesabı açsa da, ev sahibləri son dəqiqələrdə məğlubiyyətdən qurtulub - 1:1. 
Ağayev bu görüşdə qonaqların 4 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, bu nəticədən sonra "Dinamo" və "Luqano" müvafiq olaraq 3-4-cü yerləri tutaraq avrokuboklarla vidalaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər