Əliyar Ağayev bu mövsüm təyinat istəmir - AÇIQLAMA

Əliyar Ağayev bu mövsüm təyinat istəmir - AÇIQLAMA
FIFA referisi Əliyar Ağayevə mövsümün sonuna qədər ölkədaxili oyunlarda təyinat verilməyəcək. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
O bildirib ki, bunu Ə.Ağayevin özü xahiş edib: "Əliyara Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda yol verdiyi səhvə görə cəza verilməsə belə, özü mövsüm sonunadək təyinat almamağı xahiş edib. Üstəlik, nəzərə almaq lazımdı ki, o, Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında ehtiyat hakim qismində iştirak edəcək".
Qeyd edək ki, Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" oyununda qonaqların lehinə olan penalti epizodunu düzgün dəyərləndirməyib. Referinin yalnış qərar verdiyini özü və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da etiraf edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər