Əliyar Ağayev Avstriya millisinin üzvünü cəzalandırdı

Əliyar Ağayev Avstriya millisinin üzvünü cəzalandırdı

Avropa Liqasının qrup mərhələsində I turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, ötən gecə baş tutan qarşılaşmaların birində azərbaycanlı hakimlər iş başında olub.

Belə ki, FIFA referisi Əliyağ Ağayevin başçılıq etdiyi briqada "Vitoriya" (Portuqaliya) - "Zalsburq" (Avstriya) matçında ədaləti qoruyub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Əliyar Ağayev 90 dəqiqə ərzində cəmi bir sarı vərəqə göstərib. Referi 90+4-cü dəqiqədə "Zalsburq"un və Avstriya millisinin üzvü Kristof Leytgebi cəzalandırıb.

Qeyd edək ki, Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Dörüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər