Əliyar Ağayev Avropa Liqasına təyinat aldı

Əliyar Ağayev Avropa Liqasına təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. 

Fanat.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə VAR assistenti kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər