19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final matçını idarə edəcək hakimlər açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı azərbaycanlı hakimə tapşırıb.
Belə ki, Fransa və İtaliya yığmaları arasındakı matçı Əliyar Ağayev idarə edəcək. Ona çernoqoriyalı Milovan Cukiç və rusiyalı İqor Demeşko yardım edəcək. Dördüncü hakim isə İsraildən Roy Reynşreyber olacaq.
Qeyd edək ki, Avropa çempionatı Almaniyada keçirilir. Final matçı iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
Fanat.az