Əliyar Ağayev Avropa çempionatında növbəti təyinatını aldı

Əliyar Ağayev Avropa çempionatında növbəti təyinatını aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayevə UEFA-dan yeni təyinat gəlib. 

Fanat.Az xəbər verir ki, 35 yaşlı hakim yenə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatında oyun idarə edəcək. 

Daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) görüşündə söz sahibi olan Ağayev bu dəfə  C qrupunun III turundakı İngiltərə - Almaniya matçına təyinat alıb. 

FİFA referisinin briqadasında Zeynal Zeynalov və Akif Əmirəli yer alıb. 

Sözügedən qarşılaşma iyunun 28-də "Batumi Arena"da keçiriləcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər