Əliyar Ağayev Avroliqanın qrup oyununa təyinat aldı

Əliyar Ağayev Avroliqanın qrup oyununa təyinat aldı
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin "Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək. 
Ona  Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək. 
Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - "Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.   
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər