Əliyar Ağayev Avroliqanın qrup mərhələsində - İLK DƏFƏ

Əliyar Ağayev Avroliqanın qrup mərhələsində - İLK DƏFƏ

Azərbaycanlı hakimlər ilk dəfə Avropa Liqasının qrup mərhələsinə təyinat alıb. Fanat.az хəbər verir ki, ədalət təmsilçilərimiz sonr turun “Rapid” (Vyana, Avstriya) - “Dinamo” (Minsk, Belarus) matçını idarə edəcək.

Dekabrın 10-da keçiriləcək görühü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalovla Rza Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

Digər FIFA referilərimiz - Rəhim Həsənov və Orxan Məmmədov bu oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər