Əliyar Ağayev Avroliqanın pley-off mərhələsində

Əliyar Ağayev Avroliqanın pley-off mərhələsində
FIFA referisi Əliyar Ağayev Avropa Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, Ağayev pley-off mərhələsi çərçivəsində "Yaqelloniya” (Polşa) – "Gent” (Belçika) cütünün qalibi ilə "Mariupol” (Ukrayna) – "Bordo” (Fransa) duelinin güclüsü arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq. 
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, pley-off mərhələinin ilk matçları avqustun 23-də keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər