Əliyar Ağayev Almatıda 5 "sarı" göstərdi

Əliyar Ağayev Almatıda 5 "sarı" göstərdi
Əliyar Ağayev beynəlxaq arenada növbəti oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, FIFA referisi Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Kayrat” (Qazaxıstan) - "Alkmaar” (Hollandiya) oyununda ədaləti qoruyub.
Almatı şəhərindəki "Ortalyk” stadionunda keçirilən qarşılaşma "Kayrat”ın 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Eseolanın dubl etdiyi matçda Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 2 üzvünü sarı vərəqə ilə cəzalandırıb. 
Qeyd edək ki, bu matçda Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yardımçı olub. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər