Əliyar Ağayev AÇ-nin açılış oyununu idarə edəcək

Əliyar Ağayev AÇ-nin açılış oyununu idarə edəcək

Xəbər verdiyimiz kimi, FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.

Fanat.Az xəbər verir ki, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin açılış oyununu idarə edəcəklər.

İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. 

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər