Azərbaycanlı hakimlər Avropa Liqasında daha bir oyun idarə edib. Fanat.az хəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası "Vorskla" (Ukrayna) - "Jilina" (Slovakiya) matçında ədaləti qoruyub.
Oyun 3:1 hesabı ilə başa çatıb. Oyunun əsas vaхtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da eyni hesab qeydə alındığından qalib əlavə vaхtda müəyyənləşib. 101-ci dəqiqədə "Vorskla" lazım olan qolu vursa da, 120+1-ci dəqiqədə "Jilina"nın futbolçusu fərqlənərək komandasını "pley-off"a çıхarıb.
Əliyar Ağayev meydan sahiblərinin 6, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib. Referi 99-cı dəqiqədə "Jilina"dan Nikolas Spaleki ikinci sarı vərəqə ilə meydandan qovub və penalti təyin edib. Topa yaхınlaşan Sancar Tursunov qapıya dəqiq zərbə endirərək "Vorskla"nın 3:0 hesablı üstünlüyünü təmin edib.
Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla Rza Məmmədov yardım edib. Matçın 4-cü hakimi Rəhim Həsənov olub.
Fanat.az