Eliası "Xəzər Lənkəran"a verən "Atletiko Paranaense" heyətini gücləndirib. Fanat.az xəbər verir ki, Braziliya klubu ölkə futbolunun ən tanınmiş simalarından biri olan Adrianonu heyətinə qatıb.
2012-ci ildə "Flamenqo"nu tərk edən Adriano ondan sonra karyerasına ara vermişdi. Klubun yaydığı məlumatda bildirilir ki, 30 yaşlı hücuçmu ayda 30 min avro maaş alacaq.
Qeyd edək ki, Adriano Avropada İtaliyanın "İnter", "Fiorentina", "Parma" və "Roma"nın formasını geyinib, Braziliya millisində keçirdiyi 48 oyunda 27 qol vurub.
Fanat.az