"Xəzər Lənkəran"ın Eliasla yollarını ayırması barədə xəbər vermişdik. Azərbaycana gəlmiş ən bahalı legioner hesab olunan braziliyalı komadada cəmi 4 ay duruş gətirə bildi və vətəninə yola salındı.
Fanat.az xəbər verir ki, Elias Lənkəran klubundan elə-belə getməyib. Belə ki, 1.5 illik müqavilə imzalayan yarımmüdafiəçinin anlaşmasının dəfəri 1 milyon 100 min avro dəyərində idi. O, pulun bir hissəsini əvvəlcədən almış, bir hissəsinə də aylıq maaş kimi sahib çıxmışdı. Braziliyalı yarımmüdafiəçi indi həmin məbləğin qalanını tələb edir.
Qeyd edək ki, qışda Braziliyanın "Atletiko Paranaense" klubundan "Xəzər Lənkəran"a hay-küylə transfer olunan və ölkəmizə gələn ən bahalı legioner olduğunu deyən Elias ölkəmizdə 17 oyuna çıxıb, 822 dəqiqə oynayıb və 4 qol vurub.
Fanat.az