Elçin Məsiyev Avropa Liqasına təyinat aldı

Elçin Məsiyev Avropa Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Fanat.Az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada yerli "Frayburq" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək əsas mərhələnin VI turunun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, "Frayburq" - "Zaltsburq" matçı dekabrın 11-də baş tutacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər