Əlcəzair yığmasının yeni baş məşqçisi müəyyənləşdi

Əlcəzair yığmasının yeni baş məşqçisi müəyyənləşdi
Əlcəzair yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, federasiya rəhbərliyi milli komandanı Kristian Kurkuffa tapşırıb.
Əlcəzair yığması DÇ-2014-də baş məşqçisiz qalmışdı. Komandanın çalışdırıcısı Vahid Halilhociç DÇ-2014-də mübarizəni dayandırdıqdan sonra istefa vermiş və "Trabzonspor"la müqavilə bağlamışdı. 
Qeyd edək ki, dünya çempionatının H qrupunda yer alan Əlcəzair Belçikaya uduzmuş (1:2), Cənubi Koreyanı yenmiş (4:2), Rusiya ilə sülh bağlayaraq (1:1) ikinci yerin sahibi kimi 1/8 finala çıxmışdı. Burda onların qarşısını gələcək çempion Almaniya kəsmişdi. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan oyunun əlavə vaxtında almanlar 2:1 hesablı qələbəyə sevinmişdi.
Əlcəzairin yeni baş məşqçisi Kristian Kurkuffun son iş yeri Fransanın "Loryan" klubu olub. 59 yaşlı fransız mütəxəssis əvvəllər vətənində "Le Man", "Pont-L`Abbe", "Renn" və Qətərdə "Əl-İttihad" klublarını çalışdırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər