Əlcəzair millisində yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, sözügedən yığmanı Vladimir Petkoviç çalışdıracaq.
Bu barədə Əlcəzair Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Bosniyalı mütəxəssisin son iş yeri "Bordo" olub. O, Fransa klubundan 2022-ci ilin fevralında ayrılıb. Petkoviç "Yanq Boys", "Latsio" və İsveçrə millisini də çalışdırıb.