"Əlbəttə, emosionallıq da lazımdır, amma..." - Yürgen Klopp

"Əlbəttə, emosionallıq da lazımdır, amma..." - Yürgen Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp mersisaydlıların cari mövsüm İngiltərə premyer Liqasının qalibi olmağa əsas namizəd göstərilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"İndi bizim üçün favorit sayılmağımız yox, "Şeffild Yunayted"lə oyun daha vacibdir. "Arsenal"a uduzanda heç kim bizi favorit adlandırmırdı. Əminəm ki, belədir.

Peşəkar olmalıyıq. Əlbəttə, emosionallıq da lazımdır, amma düzgün istiqamətdə. Özümüzün ən yaxşı versiyamız olmalı, ən yaxşı oyunumuzu ortaya qoymağa çalışmalıyıq. Yalnız bunu etdikdən sonra nəticənin necə olacağını gözləyə bilərik. Yəni hər hansı təminatdan söhbət gedə bilməz. Biz mümkün imkanlardan yararlanmağa cəhd etməliyik. Şansının nə qədər çox olduğunu anlayırsansa, ondan istifadə imkanın da o qədər böyükdür, vəssalam.

Qeyd edək ki, hazırda 67 xalla turnir cədvəlinin 2-ci pilləsində mövqe tutan "Liverpul" həm eyni xalla 3-cü yerdə olan "Mançester Siti"dən, həm də lider "Arsenal"dan (68 xal) 1 oyun az - 29 görüş keçirib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər