"Əl-Nəsr"in oyunçusu Ronaldu ilə nömrə qalmaqalına aydınlıq gətirdi

"Əl-Nəsr"in oyunçusu Ronaldu ilə nömrə qalmaqalına aydınlıq gətirdi

"Əl-Nəsr"in futbolçusu Calaloddin Maşaripov klubun heyətinə yeni qatdığı Kriştianu Ronaldunun onu 7 nömrəli formadan məhrum etməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sports.uz" Maşaripovun dediklərini belə çatdırıb:

"Mənim 7 nömrəli formanı Ronalduya vermək istəmədiyimlə bağlı deyilənlər həqiqətdən uzaqdır. Sosial şəbəkələrdə yazdıqlarım zarafat idi. Məni yaxından tanıyanlar bunu dərhal başa düşdülər. 

Sonrakı planlarım necədir? "Əl-Nəsr"də qalmaq və Ronaldudan çox şey öyrənmək istəyirəm. O, dövrümüzün ən yaxşılarından biridir. Kriştianudan çox şey öyrənmək olar".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər