Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun arxasında Lionel Messinin adı yazılmış 10 nömrəli formaları satışa çıxararması dünya mediasında rezonans doğurub.
Fanat.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış fotoların ardından yerli mətbuat bunun zarafat olmadığını, Kriştianu Ronaldu ilə güclənmiş "Əl-Nəsr"in daxili çempionatdakı əsas rəqibinin Messinin transferi üzərində çalışdığını vurğulayıb:

Qeyd edək ki, Ronaldu "Əl-Nəsr"lə hər mövsüm üçün 200 milyon avro qazanc qarşılığında 2,5 illik müqavilə imzalayıb. O, sözügedən komandada 7 nömrəli formanı geyinəcək.
Nihat