"Əl-Nəsr" Özilə elçi düşdü - SON DURUM

"Əl-Nəsr" Özilə elçi düşdü - SON DURUM
"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan cazibədar təklif alıb.
Fanat.Az xəbər verir ki, bunu şəxsi "Twitter" hesabında jurnalist Sesar Luis Merlo yazıb.
Mənbə ərəblərin "Arsenal"a 5,5 milyon avro və türk oyunçunun özünə yüksək əməkhaqqı təklif etdiyini bildirib. İnsayder "topçular"ın Almaniya yığmasının sabiq üzvünü satmağa hazır olduğunu, amma Özilin müqaviləsinin müddəti bitənə qədər London təmsilçisində qalmaq varintına üstünlük verdiyini vurğulayıb.
Xatırladaq ki, Özilin adı "Arsenal"ın Avropa Liqası üçün verdiyi sifariş ərizəsinə də salınmayıb. İngiltərə klubu müqaviləni birtərəfli qaydada pozacağı təqdirdə, futbolçuya 14 milyon avro təzminat ödəməlidi.
Fanat.Az  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər