"Əl-Nəsr" daha bir ulduzu aparır

"Əl-Nəsr" daha bir ulduzu aparır

Kriştianu Ronaldunun transferini reallaşdırmaqla diqqətləri üzərinə çəkən “Əl-Nəsr” klubu daha bir ulduzu heyətinə cəlb edir.

Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi mövsümün sonunda “Real Sosyedad”ın futbolçusu və İspaniya millisinin sabiq üzvü David Silvanı icarəyə götürməkdə maraqlıdırlar .

37 yaşlı David Silvanın Sosyedad klubu ilə mövsümün sonuna qədər müqaviləsi var. Belədə o, yayda "Əl-Nəsr"lə birdəfəlik azad agent kimi yeni müqavilə imzalaya bilər. 

Ər-Riyad klubunun rəhbərliyi Ronaldu və Silvadan başqa, Serxio Ramos, Serxio Busqets, Marko Reus, Luka Modriç kimi ulduzlarla da maraqlanır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər