Əl-Kaabidən inanılmaz rekord - Bunu heç Ronaldu da bacarmayıb

Əl-Kaabidən inanılmaz rekord - Bunu heç Ronaldu da bacarmayıb

Konfrans Liqasının dünən baş tutan finalında "Fiorentina"nı 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olan "Olimpiakos"un hücumçusu Əyyub Əl-Kaabi rekorda imza atıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, bu mövsüm avrokuboklarda 14 qol vuran mərakeşli forvard bu göstəricidə qitənin ən yaxşı bombardiridir.

Əl-Kaabi bu qollardan 11-nə pley-offlarda imza atıb. Avropa turnirlərinə qrup mərhələləri əlavə ediləndən bəri heç bir futbolçu pley-offlarda bir mövsümdə 11 dəfə rəqin qapılarına yol tapmayıb. 

Kriştianu Ronaldu 2017-ci, Kərim Benzema 2022-ci ildə Çempionlar Liqasının pley-off matçlarında hərəyə 10 qol vurublarsa, Radamel Falkao 2011-ci ildə Avropa Liqasında eyni nəticəyə nail olub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər