ABŞ-də təşkil olunan Amerika Kubokunun 1/4 finalında Argentina millisinə penaltilər seriyasında məğlub olan Ekvador millisinin 48 yaşlı baş məşqçisi Feliks Sançes postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Ekvador Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Qeyd edək ki, ispaniyalı mütəxəssis 2023-cü ilin martından Ekvador millisinin "sükanı arxası"nda idi.