Ekvador klubu Amerikanın ən güclüsü oldu

Ekvador klubu Amerikanın ən güclüsü oldu

Cənubi Amerika Superkubokunun qalibi müəyənləşib. 

Fanat.Az xəbər verir ki, həlledici oyunda Braziliyanın “Flamenqo” və Ekvadorun “İndependiente del Valye” komandaları üz-üzə gəliblər.

Fevralın 22-də keçirilmiş ilk final matçında “İndependiente del Valye” doğma meydanda 1:0 hesabıyla qalib gəlmişdi. Bu gün baş tutan cavab görüşünün əsas vaxtı da Braziliya təmsilçisinin qələbəsiylə bitib. 

Əlavə vaxtda başqa qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq (5:4) yerinə yetirən “İndependiente del Valye” tarixində ilk dəfə bu turnirin qalibi olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər