"Əksər rusiyalıların səviyyəsi ilə hədəfləri düz gəlmir" - Andrey Arşavin

"Əksər rusiyalıların səviyyəsi ilə hədəfləri düz gəlmir" - Andrey Arşavin

Rusiya millisinin və London "Arsenal"ının sabiq hücumçusu Andrey Arşavin rusiyalı futbolçuların Avropa klublarında oynamaq arzusundan danışıb.

Fanat.Az xəbər verir ki, 41 yaşlı veteran fikirlərini "YouTube" üzərindən yayımlanan "МЯЧ Production"a bölüşüb:

"Praktiki olaraq bütün rusiyalı oyunçular Avropada oynamaq istədiklərini deyirlər. Amma mənə elə gəlir ki, bi istəyin arxasında nəsə dayanmır. Çünki onların əksəriyyətinin səviyyəsi ilə hədəfləri düz gəlmir. Aydın məsələdir ki, onlar hansısa üzdə olmayan Çexiya klubuna keçə bilərlər. Hamı böyük çempionatlarda çıxış etməyi, heç olmasa, Avropa Liqasında mübarizə aparmağı arzulayır. Məncə, bizdə bunu bacaracaq oyunçular azdır. Üstəlik, çoxu arzuladıqları klublara lazım da deyil. Ancaq aşağı səviyyəli komandalara üz tutsalar, orada da maaşları ilə gözləntiləri uzlaşmayacaq. Yəni evdə daha çox qazandıqlarının fərqinə varacaqlar. Elə buna görə də bütün yaxşı rusiyalılar Rusiyada qalmağı üstün tutacaqlar. Limit tətbiq edilsə də, edilməsə də belə olacaq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər