Əfsanəvi Ronaldo yenidən "Real"da

Əfsanəvi Ronaldo yenidən "Real"da
Braziliya millisinin və "Real" klubunun əfsanəvi hücumçusu  Ronaldo yenidən "Kral klubu"na qayıdıb. Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 
O, Madrid klubunun prezidenti Florentino Peresin müşaviri və "Real"ın dünya üzrə səfiri vəzifələrini yerinə yetirəcək. 
Qeyd edək ki, 39 yaşlı Ronaldo 2002-2007-ci illərdə İspaniya təmsilçisinin şərəfini qoruyub. 127 matçda meydana çıxıb və 83 dəfə fərqlənib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər