Əfsanəvi klub rekord məbləğə satıldı

Əfsanəvi klub rekord məbləğə satıldı

Braziliyanın "Vasko da Qama" futbol klubu yeni sahibinə qovuşub.

Fanat.Az xəbər verir ki, bu, Amerikanın "777 Partners" investisiya şirkətidir. 

"Vasko da Qama"nın yaydığı açıqlamada klubun dəyərinin 333 milyon dollar dəyərləndirildiyi, investorların isə 137 milyon dollara çatan borcun ödənməsinə dair anlaşma memorandumu imzalandığı vurğulanıb.

"Braziliya klublarının tarixindəki ən böyük sövdələşməni elan etməkdən qürur duyuram. Son aylarda biz "Vasko da Qama"nı layiq olduğu yerə qaytarmaq üçün maliyyə və əməliyyat imkanlarına malik uzunmüddətli tərəfdaş tapmaq üçün yorulmadan çalışdıq", - deyə prezident Vasko da Qama Xorxe Salqado bildirib.

Qeyd edək ki, Braziliyada ən böyük azarkeş kütləsinə sahib olan "Vasko da Qama" çətin dövr yaşayır və ardıcıl ikinci mövsümü İkinci Liqada keçirəcək.

Əfsanəvi klub son həftələrdə satılan üçüncü böyük Braziliya təmsilçisidir. "Kruzeyro" keçmiş braziliyalı qolçu Ronaldoya, "Botafoqo" isə ABŞ investoru Con Tekstora satılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər