Əfsanəvi çex Fatih Terimin klubuna idman direktoru təyin olundu

Əfsanəvi çex Fatih Terimin klubuna idman direktoru təyin olundu

Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda yeni idman direktoru təyinatı gerçəkləşib.

Fanat.Az xəbər verir ki, vakant posta "Yuventus"un sabiq futbolçusu Pavel Nedved təyin olunub. 

Məlumatı sözügedən klubun mətbuat xidməti "X" sosial şəbəkə hesabı üzərindən yayıb.

Əfsanəvi çex Fatih Terimin klubuna idman direktoru təyin olundu Qeyd edək ki, əfsanəvi çexin çalışacağı "Əl-Şəbab"ın baş məşqçisi Fatih Terimdir. Komanda hazırda çempionatda 6-cı yerdədir. “Əl-Şəbab”ın ən bahalı oyunçuları Yannik Karrasko və Robert Renandır (hər biri 8 milyon avro).

Nedved 2016-2022-ci illərdə "Yuventus"un vitse-prezidenti olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər