Əfsanə Qvardiolanı küsdürdü: "Gedə bilərəm"

Əfsanə Qvardiolanı küsdürdü: "Gedə bilərəm"

Almaniya futbolunun canlı əfsanəsi, “Bavariya”nın fəxri prezidenti Frans Bekkenbauer Münhen təmsilçinin uğurlu çıxış etməsinə baxmayaraq, çox darıxdırıcı oyun nümayiş etdirdiyini bildirib. Fanat.az xəbər verir ki, klubun baş məşqçisi Pep Qvardiola isə komandanın oyun üslubunu tənqid edən klubun fəxri prezidentə sərt şəkildə cavab verib. 

Qvardiola deyib ki, əgər rəhbərlik onun oyun üslubunu bəyənmirsə, “Bavariya”nı tərk etməyə hazırdı: “Tənqidləri qəbul edirəm. Ancaq oyun üslubumu dəyişmərəm. Burada əlimdən gələni etməyə çalışıram. Klub rəhbərliyi işimdən məmnun deyilsə, mövsümü sonunda qarşılıqlı razılaşma ilə yolları ayıra bilərik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər