Əfsanə ayrılıq siqnalı verdi

Əfsanə ayrılıq siqnalı verdi
İker Kasilyas gələn mövsüm "Real"dan ayrıla bilər. Fanat.az xəbər verir ki, "Kral Klubu"nun kapitanı bu barədə özü mesaj verib.
Son bir ildə forma şansı qazanmayan qolkiper bu durumun davam etməsi halında gələn mövsüm başqa bir kluba keçəbiləcəyini deyib. Bir tədbirdə jurnalistlərin "Komandadan ayrılmaq barədə düşünürsən" sualına Kasilyas belə cavab verib: "Bunu həmişə məndən soruşurlar. İndi deyil, amma qarşıdakı 3 ayda bəzi şeylər dəyişməsə. ayrılmaq barədə düşünə bilərəm. Əgər sentyabrda ayrılmaq istəsəydim, bunu klub prezidentinə deməli idim. Amma uzun illərdi formasını geyindiyim klubun və komandanın bir parçası olaraq qalmaq qərarına gəldim".
Qeyd edək ki, Kasilyas 1990-cı ildən - 9 yaşından "Real"ın formasını geyinir. 9 il aşağı yaş qruplarında, həmçinin C və B komandalarında oynayan qolkiper 1999-cu ildən "Kral Klubu"nun əsas heyətində 476 oyun keçirib. Bu müddətdə o, 5 ölkə çempionluğu, 1 "Kral Kuboku", 4 İspaniya Super Kuboku, 2 Çempionlar Liqası, 1 Avropa Super Kuboku və 1 qitələrarası kubok qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər