“Hə, “Xəzər Lənkəran” mənimlə maraqlanıb. Amma “Bakı”dan sənədlərimi ala bilmirəm”. Bu sözləri Fanat.az-a açıqlamasında Əfran İsmayılov deyib.
Millinin yarımmüdafiəçisi daha sonra əlavə edib: “ Türkiyədən bir neçə təklif almışam. Qismət olsa, ölkə xaricində oynamağa üstünlük verəcəm. Həm, Super Liqa klubunda oynamaq variantı var, həm də aşağı liqa komandalarında. Bunun üçün öncə “Bakı”yla üzülüşməliyəm. Açığı, necə olacağını bilmirəm. Hələ ki hər şey olduğu kimi qalıb”.
Əfran “Şanlıurfaspor”un ona 350 min dollarlıq müqavilə təklifinə də münasibət bildirib: “Düzü, əlaqə saxlamışıq. Ancaq pul haqda danışmayacam. Onlar məni azad agent statusuyla transfer etmək istəyib. İndiki vəziyyətdə Türkiyə klublarına nə deyim? Özüm dəqiq bir şey bilirəm ki? “Bakı”da da danışmağa adam yoxdu”.
Fanat.az